Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dekabrın 20-si saat 00:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.

Mia.az xəbər verir ki, bu barədə açıqlama yayan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin məlumatını qəti surətdə təkzib edib.