"Bakı Türk Filmlər Həftəsi"nin açılışı keçirilib. 

Mia.az xəbər verir ki, tədbirdə türkiyəli məşhurlar da yer alıblar. 

Rejissor Semih Kaplanoğlu çıxışında "Bakı Türk Film Həftəsi"nin təşkilatçılarına təşəkkür edib. 

Aktrisa İpek Tuzcuoğlu isə çıxışında Azərbaycanı sevdiyini deyib: "Bakıya gəldiyim üçün çox xoşbəxtəm. Öz evimdəki kimi hiss edirəm".

Aktyor Umut Karadağ ölkəmizə ilk dəfə gəldiyini deyib: "Azərbaycanla qardaş ölkəyik, eyni dili, eyni keçmişi paylaşırıq. Sanki evimizdəyik, özümü Türkiyədəki kimi hiss edirəm".

Qeyd edək ki, "Bakı Türk Filmlər Həftəsi"  Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Mədəniyyət Nazirliyi və Bakı Yunus Emre İnstitunun təşkilatçılığı ilə dekabrın 17-dən başlayaraq 21-dək davam edəcək.  Festival çərçivəsində Nizami Kino Mərkəzində “7-ci Koğuşda Möcüzə”, “Yaxşı ki varsan, Eren”, “Sədaqət-Müqəddəs Dava”, “Eşqin Ömrü”, “Ankara Yayı”, “Vida məktubu” və “Rafadan Tayfa-Göbeklitepe” filmləri pulsuz nümayiş olunacaq.