“Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 24 qiqavatdan çoxdur”.
Mia.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasdakı çıxışında deyib.
O bildirib ki, Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi 157 qeqavat təşkil edir: “Biz ölkəmizin strateji investorlarından biri ilə 2027-ci ilə qədər 3 qeqavat külək və 1 qeqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onun 80 faizi ixrac olunacaq. 2037-ci ilə qədər biz ən azı 6 qeqavatlıq əlavə güc yaratmağı planlaşdırırıq”.