1994-cü
ildə yaranan "Bank of Baku” da Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatdan sonra yaşananlar bank sektorunda çalışanlar tərəfindən birmənalı qarşılanmadı.
Xatırladaq ki,
martın əvvəlində MTN-nin "Bank of Baku”da əməliyyat həyata keçirməsi ilə bağlı xəbərlər yayıldı. Maraqlıdır ki,
MTN-nin
əməliyyatının
«tozanağı yatmamış»
sözügedən bankda rəhbər dəyişiklikləri baş verdi.
Mia.az xəbər verir ki,
MTN-nin əməliyyat
xəbərindən dərhal sonra "Bank of Baku” ASC-nin səhmdarlarının Ümumi Yığıncağı
keçirilərək, Müşahidə
Şurasının bir neçə üzvünün səlahiyyətlərinin icra müddətinin bitməsi və bankın
böyüməsi bəhanəsiylə rəhbər dəyişikliyinə gedilib:
«Nəticədə MTN-nin
əməliyyatına qədər Müşahidə Şurasının üzvü və həm də Beynəlxalq Bankın baş direktoru olan Elmir Həbibullayev "Bank of Baku” ASC-nin Müşahidə
Şurasının sədri vəzifəsinə gətirilib.
Maraqlı odur ki,
bu seçimə qədər bankın səhmlərinin
10 faizinin sahibi və müşahidə şurasının sədri olan,
eyni zamanda,
MTN tərəfindən mart ayında bir neçə günlük saxlanıldığı bildirilən Elçin İsayevin vəzifəsi kiçilir. İsayev bu dəfə Elmir Həbibullayevin müşaviri
təyin olunur».
Elmir Həbibullayevin yüksəlişinin səbəbi ilə bağlı da Mia.az-a maraqlı məlumatlar daxil olub.
Hətta onun Elçin İsayevin
«devrilməsi»ndəki rolundan tutmuş,
bir sıra şübhəli bank əməliyyatlarına qədər adının hallandığı hadisələr də az deyil.
Bundan əlavə,
Elmir Həbibulllayevin sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev
və onun qardaşı Rafiq Əliyevin sayəsində sürətlə
«şişdiyi» və boyük sərvət sahibi olduğu haqda da xəbərlər var.
Lakin Əliyev qardaşlarının
«süqutu»ndan dərhal sonra E.Həbibullayevin Sumqayıtın icra başçısı Eldar Əzizov
başda olmaqla, bir nazirin yaxın ətrafına sığındığı da iddia olunur.
Yeri gəlmişkən, adıçəkilən bankın səhmləri 40 faiz payla "NAB Holdinq” şirkəti, 28,89 faiz payla "Azpetrol” neft şirkəti, 11,22 faiz payla sabiq nazir Fərhad Əliyevin qardaşı Rafiq Əliyev, 10 faiz payla Elçin Isayev və 9,89 faiz payla "AZİNVEST” MMC-yə məxsusdur.
Məsələylə bağlı araşdırmalarımız olacaq. Tərəfin mövqeyini dinləməyə hazırıq.