Saatlıda 3,9 maqnitudada zəlzələ olub.

Mia.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 23:04-də Saatlı stansiyasından 22 km cənub-şərqdə, Saatlı rayonunda qeydə alınıb.

Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Zəlzələ ocağı 37 kilometr dərinlikdə yerləşib.