"Bakı Metropoliteni" QSC-nin rəis müavini Arif Rəsulov tutduğu vəzifədən azad olunub.

Bu haqda "Axar.az"a Bakı Metropolitenindəki mənbədən məlumat daxil olub. Məlumatda bildirilir ki, rəis müavini son bir həftə ərzində işə gəlməyib, bu gün isə onun işdən könüllü olaraq çıxdığı barədə məlumat verilib. Məlumatı Bakı Metropolitenindən dəqiqləşdirməyə çalışırıq.  

***

Mia.az-a verilən məlumata görə, işdən azad olunan Arif Rəsulov Tağı Əjmədovun yaxın qohumudur. Daha dəqiqi, o, sabiq rəis T.Əhmədovun qaynıdır.