Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Nərgiz Arif qızı Paşayeva Azərbaycanda elm və təhsilin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif olunub.

Qeyd edək ki, N.Paşayeva 1962-ci ildə anadan olub. Bu gün onun 60 yaşı tamam olur.

Filologiya elmləri doktoru, professor N.Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsində çalışır.