Hüquq müdafiəçisi Leyla Yunusun evində axtarış aparılması üçün mənzilə daxil olan zaman maraqlı hadisə yaşanıb.
"Axar.az” xəbər verir ki, axtarış aparmaq istəyən polislər hüquq müdafiəçisinin evinə girmək istəyən ərəfədə sübh namazı üçün azan verilib. Axtarış aparmaq istəyənlər azan səsindən sonra sakit dayanaraq kənara çəkiliblər. L.Yunusun yaşadığı binanın nəzarətçisi isə özünə aid balaca otaqda namaz qılmağa başlayıb. Həmin anın fotosunu da fotoqraf Turxan Kərimov çəkərək öz Feysbuk səhifəsində paylaşıb.