Dünən Gəncə seysmoloji stansiyasından 33 kilometr şimal-şərqdə - Samux rayonunda maqnitudası 3.1-ə bərabər olan zəlzələ baş verib.
Mia.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla xəbər verir ki, yerli vaxtla saat 20:13-də qeydə alınan yeraltı təkanlarıın episentri 18 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss edilməyib.