"Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı, Naxçıvan MR prokurorunun müavini Məhərrəm Talıbovun saxlanılması barədə xəbərlər əsassızdır".
Mia.az xəbər verir ki, bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib.
Qeyd edək ki, bu gün bəzi media orqanları Naxçıvandakı anti-korrupsiya əməliyyatları çərçivəsində M. Talıbovun saxlanılaraq Bakıya gətirildiyini yazıblar.