Noyabrın 25-də saat 09:55-dən 12:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.

Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.