Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı NATO üzvü olan Polşaya raket zərbəsi endirməkdə ittiham edib.
Mia.az xəbər verir ki, bu barədə dövlət başçısı ənənəvi axşam videomüraciətində danışıb.
O bildirib ki, bu, Rusiyanın kollektiv təhlükəsizliyə raket hücumudur: "Bu, çox əhəmiyyətli eskalasiyadır. Hərəkət etmək lazımdır”.
Xatırladaq ki, Rusiyanın Ukraynaya etdiyi genişmiqyaslı raket hücumundan sonra bir neçə mərminin Polşa ərazisinə düşdüyü güman edilir. Hadisə nəticəsində 2 nəfər həlak olub