Ermənistanın XİN başçısı Ararat Mirzoyan İstanbulda baş vermiş terror hadisəsi ilə bağlı türkiyəli həmkarı Mövlud Çavuşoğluna başsağlığı verib.

Mia.az xəbər verir ki, bu barədə Mirzoyan tviterdə paylaşım edib: "İstanbulda baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayıram”.

Xatırladaq ki,  dünən İstanbulda baş vermis partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb.