"ABŞ Türkiyənin İstanbul şəhərində baş verən terror aktını qətiyyətlə pisləyir".
Mia.az NTV-yə istinadla xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumatda vəfat edənlərin ailələrinə başsağlığı verilib, yaralılara şəfa dilənib: "Terrorla mübarizədə NATO müttəfiqimiz Türkiyə ilə çiyin-çiyinəyik”.
Xatırladaq ki, İstanbulda törədilən terror aktında 81 nəfər xəsarət alıb, 6 nəfər ölüb.