Bakıda yaşayan erməni əsilli vətəndaşın Azərbaycan
Respublikası vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi ilə bağlı məhkəməyə müraciətinə aprelin 29-da Bakı Apellyasiya Məhkəməsində aydınlıq gətiriləcək.
Mia.az
xəbər verir ki, erməni
əsilli Varaqyan İrana Telmanovna Azərbaycanın şəxsiyyət vəsiqəsini
almaq məqsədlə Nəsimi rayon Polis İdarəsinin
müvafiq şöbəsinə müraciət etsə də, ona rədd cavabı verilib: «İrina Varaqyan Ağayeva soyadı ilə şəxsiyyət vəsiqəsi almaq istəsə də, təqdim etdiyi sənədlər qanunvericiliyə uyğun olaraq tam olmayıb. Bu səbəbdən də Nəsimi rayon Polis İdarəsi tərəfindən onun müraciəti təmin olunmayıb. Erməni əsilli qadın polisin bu qərarından
məhkəməyə üz tutub. Lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə də onun iddiasını təmin etməyib».
Mia.az-ın məlumatına görə, Varaqyan (Ağayeva) İrana Telmanovna birinci instansiya məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət edib: «Artıq onun «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi vəzifəsinin Nəsimi rayon Polis İdarəsinə həvalə edilməsi tələb»indən bəhs edən şikayəti həmin məhkəmədə icraata qəbul olunub. Hakim Kəmalə Abiyevanın sədrliyi ilə erməninin şikayətinə aprelin 29-da baxılacaq».