Cəbrayıl rayonu ərazisində insan sümükləri tapılıb.
Mia.az xəbər verir ki, sümüklər Çullu kəndində aşkar edilib.
Hadisə yerinə baxış zamanı ədəd kəllə və 2 ədəd alt çənə sümüyü olmaqla insana məxsus olan ümumilikdə 21 ədəd sümük və 1 ədəd əl qumbarası aşkarlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, hazırda Cəbrayıl rayon Prokurorluğunda araşdırma aparılır.