Aparıcı Afaq Gəncəli rəqqasə Fatimə Fətəliyevanın əməliyyatlarına söz atıb.
Mia.az axşam.az-a istinadla xəbər verir ki, Afaq "Səhər mərkəzi" proqramına qonaq olan həmkarı Mətanət Əliverdiyeva ilə Fatimənin aparıcılığından bəhs edib.
Mətanətin bir vaxtlar aparıcılıq etdiyi "Gəzək, bişirək" proqramının yeni aparıcısı olan Fatimə haqda dediyi "Fatimə deyir ki, kökəlmişəm. "Gəzək, bişirək"də yeyirəm. Mən bir il veriliş apardım, çəki itirdim. Qəti yemirdim" sözlərinə Afaq belə reaksiya verib:
"Fatimə emosional xanımdır. Yəqin emosiaları yuxarı qalxanda yemək yeyir. Onda da kökəlir. Sonra da gedir əməliyyata. Yaxşı ki, çarə var".