Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri özünü güllələyib.

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının N saylı hissəsinin əsgəri Baxşəliyev Onur Nazim oğlunun istifadəsində olan silahla özünə atəş açması nəticəsində xəsarət yetirməsi faktı ilə bağlı hazırda Lənkəran Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda qeyd olunan iş üzrə istintaq davam edir.