Oktyabrın 30-da Pirqulu stansiyasından 47 km cənubda, Qobustan rayonunda zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Mia.az-a bildirilib ki, yerli vaxtla saat 08:08-də qeydə alınmış zəlzələnin ocağı 4 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb. Zəlzələnin maqnitudası 3,1-ə bərabər olub.
Qeyd edək ki, ötən gün də yerli vaxtla saat 17:50-də Qobustanda zəlzələ olub.