Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 17:50-də Pirqulu stansiyasından 44 km cənubda Qobustan rayonu ərazisində zəlzələ baş verib.

Mia.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ 3,6 maqnitudada olub. Yeraltı təkanların ocağı 5 kilometr dərinlikdə yerləşib.