Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Rauf Canbaxış oğlu Abdullayev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Qeyd edək ki, R.Abdullayevin sabah 89 yaşı tamam olur.