Azərbaycanın Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qazaxıstana işgüzar səfəri çərçivəsində Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.

Mia.az Nazirlər Kabinetinə istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti Baş nazir Əli Əsədovu və MDB Hökumət Başçıları Şurasının digər üzvlərini salamlayıb.