Məşhur müğənni Vitasa (Vitaliy Qraçev) qarşı cinayət işi açılıb.

Axşam.az xəbər verir ki, buna səbəb müğənninin karaoke barda məmura hücum etməsi olub. "112" teleqram kanalının yayımladığı videoda Vitasın Moskvadakı barda Əmək Nazirliyinin əməkdaşına hücum etdiyi görülür. Hadisə Sadovo-Kudrinskaya küçəsində yerləşən müəssisədə baş verib.

O, 38 yaşlı məmur Sultan Candıqovla aralarındakı mübahisədən sonra onun üzünə içində qaz olan maddə vurub. Məlum olub ki, həkimlər zərərçəkənə 1-ci dərəcəli kimyəvi yanıq diaqnozu qoyublar.

Bundan sonra Vitas barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 15-ci maddəsi “Qəsdən sağlamlığa az ağır zərər vurma” ilə cinayət işi açılıb. Bildirilib ki, ifaçı barəsində ya ev dustaqlığına salınması, ya islah işlərinə cəlb edilməsi, ya da 4 ay inzibati həbsi ilə bağlı qərar qəbul oluna bilər.

Hesabatda qeyd olunur ki, müğənninin istifadə etdiyi alət silah kimi tanınarsa, o zaman onun 2 il müddətinə azadlıqdan məhrum edilməsi gözlənilir. 

Qeyd edək ki, bu, Vintasla bağlı ilk belə qalmaqallı hadisə deyil. O, daha əvvəl də həbs olunub.