Cəbrayılda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a bildirilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı tapılan 10 ədəd qumbara, 6 ədəd tank əleyhinə qurğu, 7800 ədəd patron və digər sursatlar aidiyyəti üzrə təhvil verilib.