“Azərbaycan və Ermənistan ilin sonuna qədər sülh müqaviləsi imzalaya bilər”.
Mia.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə deyib.
O bildirib ki, sülh müqaviləsinin mümkün qədər tez imzalanmasını istəyirlər: "Amma ortada sənəd yoxdur. Yalnız yüzlərlə təklif və fikir var”.
Xatırladaq ki, oktyabrın 31-də Prezident İlham Əliyevin Soçidə Putin və Paşinyanla birgə görüşü gözlənilir.
Güman edilir ki, həmin görüşdə sülh müqaviləsinin detalları ilə bağlı mühüm irəliləyiş olacaq.