Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş açması məlumat həqiqəti əks etdirmir.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 24-ü saat 20:30-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır: "Yayılan məlumatı qəti surətdə təkzib edirik"