Türkiyə Prezidenti Ərdoğan Cəbrayılda yol qəzası keçirən Binəli Yıldırımla mühafizəçi Oğuzhan Dəmirçiyə baş çəkib.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, qəzaya düşən deputat Şamil Ayrımın vəziyyəti yaxşı olduğu üçün o, evinbə buraxılıb.

Xatırladaq ki, adıçəkilənlər Zəngilan Hava Limanının açılışında iştirak üçün Azərbaycana gəlmişdilər. Onlar Cəbrayılda keçirilən tədbirdən Zəngilan Hava Limanına dönərkən qəzaya düşüblər. Və dərhal da helikopterlə Bakıya xəstəxanaya göndəriliblər. Dünən isə onlar ambulans təyyarə ilə Türkiyəyə yola salınıblar.

Onu da qeyd edək ki, Prezident İlham Əliyev də okraybrın 21-də Binəli Yıldırıma, Şamil Ayrıma və mühafizəçi Oğuzhan Dəmirçiyə Bakıda xəstəxanada baş çəkiib.