“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycana səfər edəcək, ölkənin Zəngilan rayonuna gedəcək. Orada Azərbaycan Prezidenti İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü olacaq”.
Mia.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.
O bildirib ki, Qarabağın bərpası istiqamətində müsbət işlər görülür: "Əlbəttə, bu da öz növbəsində Cənubi Qafqazdakı duruma təsir edir".
Kalın deyib ki, Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasında irəliləyiş var: Türkiyə Cənubi Qafqazda sabitlik istəyir. Yay aylarında Türkiyə və Ermənistan liderləri arasında telefon danışığı olub. Daha sonra isə liderlər Praqada görüşdülər. Münasibətlərin normallaşması istiqamətində irəliləyiş var. Ermənistanın Baş naziri Nikol Paşinyan Ankara-İrəvan əlaqələrinin normallaşmasını istəməyən müxalif qüvvələrlə mübarizə apara bilər. Azərbaycan Prezidenti İlham Əliyevin səmimiyyəti və səyləri isə ortadadır.
Bu arada erməni diasporu bu mərhələdə diqqətli olmalıdır. Nəzərə almaq lazımdır ki, əlaqələrin normallaşması ən çox Ermənstanın özünə lazımdır".
.