"Azərbaycan Ordusunun bölmələri bir-birinə və ermənilərin mövqelərinə atəş açmayıb".

Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələrinin guya əvvəlcə bir-birinə, daha sonra isə qarşı tərəfin mövqeləri istiqamətində atəş açması ilə bağlı Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır: "Heç bir real əsası olmayan bu uydurma məlumatı qəti surətdə təkzib edirik".