Göyçay Rayon İcra Hakimiyyətinin yeni başçısı Natiq Ağayev kollektivə təqdim olunub.
Mia.az xəbər verir ki, təqdimat mərasimi Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilib.
Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
N.Ağayev ona göstərilən etimada görə minnətdarlıq edib.
Qeyd edək ki, oktyabrın 17-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.