Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənistanla sərhəddə qurumun 40 nəfərlik missiyasının yerləşdirilməsi ilə bağlı paylaşım edib.
Mia..az xəbər verir ki, bu barədə onun tviterdəki paylaşımında deyilir:
“Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makronla görüşünün ardınca monitorinq missiyasının Ermənistanda onun Azərbaycanla sərhədi boyunca yerləşdirilməsini alqışlayıram. Bu, etimadın yaradılmasına xidmət edəcək".
Xatırladaq ki, Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədi üzrə mülki missiyası artıq Ermənistana yollanıb.
Bu barədə qurumun Ali nümayəndəsi Cozep Borel Aİ açıqlama verib: “Bizim komandamız artıq Ermənistandadır, missiya tez bir zamanda Azərbaycanla sərhədə yerləşdiriləcək”.
Mia.az