Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarova Türkiyəyə başsağlığı verib.
Mia.az xəbər verir ki, o, bu barədə tviterdə paylaşım edib:
“Qardaş Türkiyənin Bartın şəhərindəki mədəndə partlayışda həlak olanlara Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirik. Partlayışda yaralananların tezliklə sağalmasını, dağıntılar altında qalmış insanların xilas olmasını arzulayırıq! Başın sağ olsun, Türkiyə”.
Xatırladaq ki, ötən gün Türkiyənin Bartın şəhərindəki mədəndə partlayış nəticəsində 28 nəfər ölüb, yaralılar var.