“İndiki aktyorların bəzilərinə yazığım gəlir. Onlar sənət, tarix və özləri üçün çalışmırlar. Onlar öz səslərinin tembrində danışmırlar. Həyatda bu insanları görəndə deyirsən ki, bu necə gözəl insandır. Amma televiziyada kiminsə obrazına girirlər”.

Bu sözləri Əməkdar artist Elza Seyidcahan qonaq olduğu “7 canlı” axşam şousunda deyib.

Sənətçi aktyorların ekranda ləhçə ilə danışmalarının doğru olmadığını dedi.

Müğənni həmçinin qeyd edib ki, onlar canlandırdıqları obrazları ilə tamaşaçıların tərbiyəsini pozurlar.

“Onlar oynadıqları tamaşalarda eyni diksiya ilə danışırlar. Oynadıqları serialların adları dəyişir, amma o aktyor elə eyni obrazda da qalır, dəyişmir. Ləhçəsi belə eynidir.

Küçə söhbətlərini efirə gətirirlər. O obrazları insanların beyninə yeridirlər. Uşaqlar da onlar kimi danışırlar. İllər əvvəl dahi aktyorlarımız bizi obrazları ilə tərbiyələndirirdilər. Amma indi bəzi aktyorlar tərbiyəmizi pozurlar”/Bizm.media