Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyada görüşə dəvət edib.

Mia.az xəbər verir ki, Kreml rəhbəri bu təkliflə oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxış edib.

O daha sonra Fransa prezidenti Emmanuel Makronun Qarabağla bağlı bəyanatına, o cümlədən Rusiyanın Cənubi Qafqazda sabitliyi pozmaq məqsədi barədə sözlərinə toxunub: "Bu bəyanatı səhv və qəbuledilməzdir. Rusiya hər zaman Qarabağ daxil olmaqla bütün münaqişələri nizamlamağa səmimi səy göstərib".