Dövlət
Neft Şirkətində inanılmasıı çətin lsa da, faktki yaşanan daha bir korrupsiya mexanizminin ifşa olunmasıyla bağlı Mia.az-a yerli sahibkarlardan biri şikayətlənib.
Mia.az-a
daxil olan məlumata görə, benzinin bahalaşmasından sonra ARDNŞ-in topdansatış satış
terminalında maraqlı olaylar yaşanır. Bu isə dövlətə, onun büdcəsinə və xalqa açıq
şəkildə kələk gəlmək deməkdir:
«ARDNŞ
rəhbərliyi açıq şəkildə dövlət büdcəsindən oğurluq edirlər. Onlar büdcəyə pul axınının
qarşısını böyük ölçüdə kəsmək üçün çox ciddi mexanizm də qurublar. Belə ki, ARDNŞ-in
yanacaqdoldurma məntəqələrinə topdansatış satış prosesini həyata keçirən terminalına
nəzarət edən məsul şəxslər korrupsiya piramidasının yeni formasını tətbiq etməyə
başlayıblar. Və ən maraqlısı budur ki, yanvarda bahalaşma dalğasına start verərkən,
bu terminaldakı vəziyyət də dəyişməyib. Əksinə, «şapka» və korrupsiya şəbəkəsi öz
«qiymətləri»ni buna uyğun tənzimləyərək, Dövlət Büdcəsinə gedəcək milyardların ayrı-ayarı
şəxslərin cibinə axmasını təmin etməkdədirlər».
Mia.az məlumat verən yanacaqdoldurma məntəqlərindən birinin sahibinin sözlərinə görə, topdan satış terminalında «zapravka»ların sahiblərinin qarşısında
açıq şəkildə şərt qoyurlar. Bu şərt isə birbaşa dövlətə necə kələk gəlinməsinə hesablanıb: «Terminalın
rəhbərliyi, xüsusiylə Ələddin adlı menecer bu korrupsiya şəbəkəsinin başında durur. O, hər bir yanacaqdoldurma məntəqəsinə qanuni yolla maksimum hər maşında 30 ton olmaqla, 2 maşın benzin satışına icazə verir. Bundan artıq heç bir yanacaqdoldurma məntəqəsinə qanuni yolla birbaşa məhsul verilmir. Ən maraqlısı budur ki, hər «zapravka»ya sənədlə satdıqları aylıq 50-60 tonluq benzinin hər litrinə əlavə 2 qəpik «şapka» alırlar. Yəni
60 qəpik topdansatşı və əlavə 2 qəpik "şapka” verməyən məntəqə sahibi nəinki həmin ayı, heç qarşıdakı aylarda belə, nəinki qanuni, heç qanunsuz yolla da benzin ala bilməz. Yəni ona «arzuolunmaz şəxs» damğası vuraraq, bazardan çıxarmağa başlayırlar. Təbii ki, məhsula təmin olunmayan «zapravka» sahibi də müflisləşməkdən xilas olmaq üçün ARDNŞ-in dövlətə kələk kampaniyasında məcburi iştirak etməyə məcbur olurlar. Amma bununla da ARDNŞ və terminal rəhbərliyinin oyunu bitmir».
Müsahibimiz ARDNŞ-in «60+2 qəpiklik şapka» əməliyyatını
kölgələyəcək faktlardan da söz açıb: «Hər şey bu 2 qəpiklə qurtarsaydı, yəqin sahibkarlar
ölkənin iqtisadi inkişafı üçün daha ürəklə çalışardılar. Amma terminaldan
60 qəpik (qanuni) +2 qəpik (şapka) qiymətlə topdan məhsul alınması şərtləri aylıq tələbat 50-60 tonu aşan zamanı dəyişir. Bu zaman məhsullar bazar dili ilə desək, «leviy» satılır. Qiymətlər
isə "fərqli cədvəl”lə hesablanır. Belə ki, sənədlə 60 (dövlət qiyməti)+2 (şapka) qəpiyə satılan benzin bu dəfə 60+6 qəpiyə satılır. Arada qalan 4 qəpik gəlir terminalın rəhbərliyi
və menecerlərinin mübahisə yaratmayan təmiz qazanclarından biridir. Məsələnin ən ilginc tərəfi isə «leviy» satılan hər litrdən əldə olunan 60+2 qəpik isə Dövlət Büdcəsinə deyil, birbaşa ARDNŞ-in rəhbərliyinin cibinə axır.
Məsələ ilə bağlı qarşı tərəflərin münasibətini öyrənə bilmədik.
Tərəflərin hər birini də dinləməyə hazırıq.
Mia.az
/spanspan lang="EN-US" style="mso-ansi-language:EN-US" span lang="EN-US" style="mso-ansi-language:EN-US"və