"Ermənistan və Azərbaycan ilin sonuna qədər sülh müqaviləsi imzalamaq niyyətindədirlər".
Mia.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.
O bildirib ki, ilin sonunadək delimitasiya prosesinin aparılması ilə bağlı razılıq var: "Sülh müqaviləsi və delimitasiya bir-biri ilə əlaqəlidir. Bu yanaşma sülh müqaviləsinin Ermənistanla Azərbaycan arasında münasibətləri tənzimləyəcəyini güman edir".