NATO-nun Baş katibi Yens Stoltenberqlə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba arasında telefon danışığı olub.
Mia.az xəbər verir ki, bu barədə Baş katib tviterdə paylaşım edib: "NATO cəsarətli Ukrayna xalqını Kremlin təcavüzünə qarşı mübarizə aparmaq üçün dəstəkləməyə davam edəcək”.
Xatırladaq ki, “Böyük yeddilik” (G7) ölkələrinin liderləri oktyabrın 11-də Rusiyanın Ukraynaya hücumu ilə bağlı təcili toplantı keçirəcək.
Məlumata görə, Ukrayna Prezidenti Vladimir Zelenski toplantıa qatılacaq.
ABŞ isə öz vətəndaşlarını Ukraynadan təcili çıxmağa çağırıb.
Qeyd edək ki, oktyabrın 10-da Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərini və digər vilayətləri raket atəşinə tutub. Nəticədə 10 nəfər ölüb, 60 nəfər yaralanıb.