Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində təmir-tikinti işləri aparılarkən traktor partlamamış silah-sursata dəyərək partlayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində traktora maddi ziyan dəyib, lakin hər hansı bir şəxs xəsarət almayıb.
Bundan əvvəl Ağdam rayonu ərazisində təmir-tikinti işləri aparılarkən 2 nəfər şəxsin minaya düşməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub. Araşdırma zamanı daha bir şəxsin - 1983-cü il təvəllüdlü Səxavət Abduxalıqovun da xəsarət alması müəyyən edilib.
Hazırda hər iki faktla bağlı araşdırmalar davam etdirilir.
***
İşğaldan azad edilmiş Fizuli rayonunda yol-tikinti təsərrüfatında işləyən traktor minaya düşüb.
Mia.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadla bildirir ki, nəticədə traktora ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.