Bu gecə Gəncə şəhərinin güclü yağan yağıs sularının yaratdığı təbii fəlakət cənginə alıb. Yollar dağılıb, su və kanalzasiya xətləri siradan çıxıb. Nəticədə evlər və sakinlərin məişət əşyaları çirkli sular altında qalıb.

Bu sözləri Mia.az-a sakinlər deyiblər. Onların sözlərinə görə, qəfil gələn sel onların evlərini də su altında qoyub: "Evdən yalnız əynimizdəki paltarlarla qaçmışıq. İcra Hakimiyətindən gəliblər, deyirlər biz yalnız dağılan yolu və xətləri düzəldəcəyik. Amma həyətlərimizi basan suyu motorlarla şəkmək istəmirlər. Hazırda başçı Elmar Vəliyevin də müavini də hadisə yerindədir. Lakin o da açıq çəkildə şikayətimizə məhəl qoymayacaqlarını dedi. Bildirdi ki, evinizə və həyətiniz dəyən zərəri sakinlər özləri həll etməlidir. Başa düşmürük, biz öz gücümüzə  anbar cəviyyəsinə qalxmış çirkli suları necə təmizləyək? Yaranmış antisanitar vəziyyət şəhərdə yoluxucu xəstəliklər yaratmayacaqmı? Bizim övladlarımız onların övladlarından əskikdirmi? Niyə səlahiyyətlərinə belə ögey münasibətlə yanaşırlar?".