Son aylar adları nurçuluqda hallanan məmurların vəzifədən kənarlaşdırılması istiqamətində addımlar atılmaqdadır. PA şöbə müdiri Elnur Aslanovun vəzifədən kənarlaşdırılmasının yaratdığı səs-küyün təkrarlanmaması üçün digər nurçuların daha səssiz şəkildə vəzifədən alınmasına qərar verilib.
Mia.az Azinform.az-a istinadən xəbər verir ki, aprelin 22-də Prezident Adminstrasiyasına çağrılan Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədova istefa ərizə yazdırılıb. Lakin hələlik bu xəbərin cəmiyyətə aşıqlanması məqbul sayılmayıb.