Bu gün axşam saatlarında yaranmış texniki nasazlıq aradan qaldırılıb.
Mia.az xəbər verir ki, bu barədə "Bakcell" şirkəti məlumat yayıb: "Artıq abunəçilərimiz rahatlıqla Bakcell xidmətlərindən istifadəyə davam edə bilərlər. Nasazlığın səbəbləri ilə bağlı məlumat veriləcək. Bu müddət ərzində göstərdikləri anlayışa görə dəyərli abunəçilərimizə təşəkkür edirik!".
***
Azərbaycanda "Bakcell" və "Nar" operatorlarının şəbəkələrində problem yaranıb.
Məlumata görə, problemin aradan qaldırılması üçün işlər aparılır.
"Bakcell" şirkətindən "Report"a verilən məlumata görə, texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb: "Texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür. Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əvlavə məlumat veriləcək".