Bu günə qədər Azərbaycanın 87 dövət qurumu informasiya təhlükəsizliyi qaydalarını hazırlayaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə təqdim edib.

Bunu Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov bildirib.

"300-ə yaxın dövlət qurumuna “Nümunəvi informasiya təhlükəsizliyi qaydaları” adlı sənəd göndərilib. Onlardan da 87-si özü üçün bu qaydaları hazırlayıb", - deyə o, qeyd edib/Report.