“Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur”.

Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammitində çıxışı zamanı deyib.

O, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsini xatırladıb: "BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra olunur. Bizim vəziyyətimizlə bağlı qəbul edilmiş qətnamələr 27 il ərzində icra olunmamışdı. Azərbaycan özü Qarabağ münaqişəsini hərbi-siyasi yolla həll edib və Təhlükəsizlik Şurasının qeyd olunan qətnamələrinin icrasını təmin edib”.