Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "tviter"də Azərbaycanla bağlı paylaşım edib.

Mia.az xəbər verir ki, paylaşımda deyilir: "Dostumuz, qardaşımız, ayrılmaz parçamız olan Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin ildönümünü təbrik edirəm. Biz əvvəlki kimi bundan sonra da azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində yanında olacağıq".