"Bütün dünya Azərbaycanın yanında olduğumuzu bilməlidir".

Mia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bügünkü çıxışında Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmalara toxunarkən deyib.

O bildirib ki, Ermənistanın hazırkı hərəkətləri qəbuledilməzdir: "Bütün dünya bilməlidir ki, biz azərbaycanlı qardaşlarımızın yanındayıq. Təcavüzkar mövqeyini davam etdirən Ermənistan bu vəziyyətin nəticələri ilə üz-üzə qalacaq. Bir daha Azərbaycan şəhidlərimizə rəhmət diləyirəm. Başda qardaşım İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına başsağlığı verirəm".

Ərdoğan deyib ki, Ermənistan yanlış yoldan dönməli, razılaşmalara əməl etməlidir.