Ermənistanın baş naziri Nikol Paşinyan itkilərinin bir qismini etiraf edib.
Mia.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, parlamentin iclasında sentyabrın 12-dən etibarən Azərbaycanla sərhəddə davam edən gərginlik zamanı Ermənistanın 105 hərbçisinin öldüyünü deyib.
"Hayastan" fraksiyasının deputatı Vahe Hakopyan isə iclasda bildiirb ki, Ermənistan ordusunun məhv edilən hərbi qulluqçularının sayı 200-ü keçib.
Qeyd edək ki, Paşinyan bundan əvvəl 49 hərbçi itirdiklərini açıqlamışdı.
Xatırladaq ki, 100-ə qədər erməni hərbçinin cəsədi hələ də Azərbaycan tərəfdə qalıb. Rəsmi Bakı cəsədləri təhvil vermçəyə hazır olduğunu bəyan edib.