"Erməni mətbuatında Azərbaycan Ordusunun bölmələrinin guya yaşayış evlərini atəşə tutması barədə yayılan məlumatın heç bir real əsası yoxdur. Bu qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır".
Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bir daha bildirilib ki, Azərbaycan Ordusunun bölmələri mülki infrastrukturu hədəfə almır.