Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunun təxribatlarına qarşı apardığı hərbi əməliyyata bağlı daha bir yeni məlumat yayılıb.

Mia.az xəbər verir ki, bu barədə “Caliber” məlumat paylaşıb.

Bildirilib ki, saat 12:15-də səngərlərdə yerləşən qarşı tərəfin canlı qüvvəsi dəqiq atəşlə məhv edilib. Eyni zamanda Ermənistan Silahlı Qüvvələrinin minaatan mövqeyində olan 4 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, 12:20-də Ermənistanın artilleriya mövqeyində KS-19 zenit topu, 12:28-də döyüş mövqeyindəki "KamAZ" markalı yük maşını məhv edilib.

Xatırladaq ki, "Caliber" bundan əvvəl paylaşdığı videolarda Ermənistan ordusuna məxsus artilleriya qurğuları, S-300 kompleksinin 5P85 BQ-ları, nəqliyyat vasitələri, yük avtomobili, manqanın mövqeyi, yerüstü sığınacağa hava zərbəsinin anları əks olunub.