ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker Bakıda Şəhidlər xiyabanını ziyarət edib.

Mia.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi tviterdə məlumat yayıb.

Bildirilib ki, ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Şəhidlər xiyabanında ehtiramını göstərib: "Münaqişə nəticəsində yaxınlarını itirən ailələrə və yaxınlara başsağlığı veririk”.