“Azərbaycan-Ermənistan sərhədində döyüşlərin getməsi ilə bağlı xəbərlər son dərəcə narahatedicidir”.
Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib.
O bildirib ki, tam və dayanıqlı atəşkəs şərtdir: “Sülh və sabitliyin alternativi mövcud deyil. Bunu təmin etmək üçün diplomatiyanın alternativi yoxdur”.